Martın 30-da Şəmkir rayonundakı evlərin birindən 11 min manat pul oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Baş Cinayət Axtarışı İdarəsi və Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yeni Həyat kənd sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.