Evdə keçirilən toy məclisləri bu səbəbdən pozuldu
18 noyabr 2021 09:05 (UTC +04:00)

Evdə keçirilən toy məclisləri bu səbəbdən pozuldu

Saatlıda karantin qaydalarının pozulduğu iki toy məclisi aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Dəllər və Naharlı kəndlərində yerləşən iki fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Polis əməkdaşları tərəfindən məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə hər iki ev sahibi inzibati qaydada məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1788
avatar

Mehman Nəbiyev

Oxşar yazılar