Evdə ana və 3 uşağının  meyiti tapıldı
13 dekabr 2024 18:15 (UTC +04:00)

Evdə ana və 3 uşağının meyiti tapıldı

Türkiyədə ana və 3 uşağının meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Hatay rayonu İskenderun qəsəbəsində, beşmərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə baş verib. Yaxınları əlaqə saxlaya bilmədikləri Kökçü ailəsinin evinə gediblər. Qapını açan olmadığı üçün polisə xəbər verilib. Qapı qırılaraq içəri daxil olmaq mümkün olub.

Evə daxil olan polislər və ailənin yaxınları ana 35 yaşlı Kader Kökçü, onun övladları – 5 yaşlı İsmayıl Ege, 12 yaşlı Elif Bilge və 14 yaşlı Yiğit Efenin cansız bədənlərini görüblər. Ata isə ilk tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3245

Oxşar yazılar