Ev tikənlərdən rüşvət alan  məmurdan YENİ XƏBƏR
09 iyun 2023 10:32 (UTC +04:00)

Ev tikənlərdən rüşvət alan məmurdan YENİ XƏBƏR

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun vətəndaşlardan külli miqdarda rüşvət alması faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, ibtidai istintaqla Əli Həsənovun 2022-2023-cü illər ərzində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi, buna şərait yaradılması, həmçinin sözügedən torpaq sahələrinə müxtəlif sənədlərin verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 42 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Əli Həsənova Cinayət Məcəlləsinin 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28