Ermənistanla sərhəddəki təxribatlarla bağlı yalan xəbər yayanlara  XƏBƏRDARLIQ
16 noyabr 2021 16:31 (UTC +04:00)

Ermənistanla sərhəddəki təxribatlarla bağlı yalan xəbər yayanlara XƏBƏRDARLIQ

Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanır.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, diqqətə çatdırılır ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.   

Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq.

# 2514
avatar

Mehman Nəbiyev

Oxşar yazılar