Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.
Qarşı tərəfin təxribatlarının, həmçinin döyüş mövqelərinin gücləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülüb.
Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.

Ermənilər səhərədək Kəlbəcəri - ATƏŞƏ TUTUB
Oxşar yazılar

POLİSDƏN ƏMƏLİYYAT: İctimai yerdə dini ayin keçirənlər həbs edildi
18 avqust 2025 , 13:27
Sərnişinlərin həyatını təhlükəyə atan sərxoş avtobus sürücüsü həbs edildi
18 avqust 2025 , 12:16
Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən turistlərə cinayət işi açıldı - YENİLƏNİB
18 avqust 2025 , 12:10
Qəbirstanlıqda yaşayan kişinin meyiti tapıldı
18 avqust 2025 , 11:11
Rusiya İran PUA-ları ilə SOCAR-ın Odessadakı neft bazasını vurdu - VİDEO - YENİLƏNİB
18 avqust 2025 , 10:47
Daşkəsəndə 16 min manatlıq inəklər oğurlandı
18 avqust 2025 , 10:26
30 kiloqramdan artıq narkotik belə saxlanıldı
18 avqust 2025 , 10:02