Sankt-Peterburqun Frunzenski rayonunda evin pəncərələrinin altında qan içində qadın tapılıb. Onun həyat yoldaşı mənzillərin birində saxlanılıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, faciəvi şəkildə bitə biləcək insident sentyabrın 16-da Turku küçəsində baş verib. Polisə bir qadının ikinci mərtəbənin pəncərəsindən yıxıldığı barədə məlumat daxil olub.
O, 34 yaşlı Orta Asiyadan olan qadındır. Miqrant ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Onun 28 yaşlı həmyerlisi və əri saxlanılaraq polisə aparılıb. Zərərçəkmiş hər şeyin ailə münaqişəsi zamanı baş verdiyini deyib. Mübahisə zamanı kişi arvadını açıq pəncərədən itələyib.