Yamalo-Nenets Muxtar Dairəsinin Labitnangi şəhərində evli cütlük polisə qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilinib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, dekabrın 18-nə keçən gecə 31 yaşlı qadın polisə müraciət edərək ona qarşı qanunsuz hərəkətlər edildiyini bildirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının mənzilində sərxoş vəziyyətdə bir qrup şəxs aşkar ediblər. Məlum olub ki, ərizəçi bu şəkildə zarafat etmək qərarına gəlib.
Polis qadını və onun 28 yaşlı ərini bölməyə aparmağa çalışıb, lakin onlar müqavimət göstəriblər. Kişi hüquq-mühafizə orqanlarının əməkdaşlarını dişləməyə başlayıb, arvadı isə onlardan birini təpikləyib.