Əmisinin evindən tüfəng oğurladı: YAXALANDILAR  - FOTO
27 iyul 2022 13:59 (UTC +04:00)

Əmisinin evindən tüfəng oğurladı: YAXALANDILAR - FOTO

0

Xızıda əmisinin evindən silah oğurlayan şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinə şəhər sakini Əli Hüseynovun evindən “İJ-58” markalı yivsiz ov tüfənginin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qardaşının oğlu Həsən Hüseynzadə saxlanılıb. Onun həmin evdən “TOZ-17” markalı digər yivli ov tüfəngini oğurlaması da müəyyən olunub.

Tüfənglər polis əməkdaşları tərəfindən götürülüb və Ə.Hüseynov da saxlanılıb.

Hər iki şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2847

Oxşar yazılar