Əmisi oğlunu və bibisi nəvəsini GÜLLƏLƏYƏRƏK ÖLDÜRDÜ  - YENİLƏNİB
24 iyun 2021 00:56 (UTC +04:00)

Əmisi oğlunu və bibisi nəvəsini GÜLLƏLƏYƏRƏK ÖLDÜRDÜ - YENİLƏNİB

Lənkəranda baş verən hadisədə ölənlərin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisəni törədən şəxsin əmisi oğlu 1987-ci il təvəllüdlü Elmar Sərdar oğlu Fərəcov və bibisi nəvəsi 1992-ci il təvəllüdlü Alim Müqabil oğlu Mirzəyevdir.

Qətlin hansı səbəbdən törətdiyi hələlik bilinməyən 1982-ci il təvəllüdlü Seymur Sərraf oğlu Şiriyev polis əməkdaşları tərəfindən axtarılır.

Hadisənin meşəlik ərazidə baş verdiyi bildirilib. Hadisə lüləsi kəsilmiş ov tüfəngi ilə törədilib.

***

23:23

Lənkəranda 2 nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Havzava kəndində baş verib. Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə əvvəl əmisi oğlunu, sonra isə bibisi nəvəsini qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

# 5562
avatar

Oxşar yazılar