Əlillik dərəcəsi üçün aldadıb pullarını mənimsədi
20 aprel 2021 11:12 (UTC +04:00)

Əlillik dərəcəsi üçün aldadıb pullarını mənimsədi

Ağsu rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini Şahalı adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 7000 manata yaxın pullarını aldığını bildiriblər.

Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş rayonun Qiyaslı kənd sakini Şahalı Eminov saxlanılıb.

Şahalı Eminov

Faktla bağlı Ağsu rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Ş.Eminovun Ağsuda, eləcə də respublikanın digər şəhər və rayonlarında oxşar cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Ağsu rayon Polis Şöbəsi və ya şəhər telefonlarından  020-226-51-23 nömrəsi, habelə  DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2529
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar