Əlillər binasından yıxılan qız öldü
16 mart 2023 06:07 (UTC +04:00)

Əlillər binasından yıxılan qız öldü

0

Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, əlillər binası kimi tanınan yaşayış kompleksində yaşayan 1999-cu il təvəllüdlü Həbişova Səbinə Rahib qızı yataq otağının pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gənc qızın ölümünün dəqiq səbəbləri Sabunçu Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2679

Oxşar yazılar