"Əlifba" nın müəllifi Qaxda dəfn edildi - YENİLƏNİB  - FOTO
13 avqust 2021 14:57 (UTC +04:00)

"Əlifba"nın müəllifi Qaxda dəfn edildi - YENİLƏNİB - FOTO

Azərbaycanın görkəmli alimi, “Əlifba” kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov anadan olduğu Qax rayonunda dəfn olunub.

Mərhumun cənazəsi Qax şəhərindəki evinə gətirilib. Vida mərasimindən sonra mərhum Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb. Vida mərasimində mərhumin yaxınları, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak edib. 

Qeyd edək ki, Y.Kərimov 94 yaşında vəfat edib.

Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Yəhya Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olub və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

1955-ci ildən Elmi Pedaqoji İnstitutun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin institutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini, hazırda Təhsil Problemləri İnstitutu direktorunun elmi tədqiqat bölümü üzrə müavindir. Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.

Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən monoqrafiyaların müəllifidir.

1963-cü ildən "Əlifba" dərsliyinin müəllifi olub. Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

***

saat 12:20

“Əlifba” kitabının müəllifi, professor Yəhya Kərimov vəfat edib.

Lent.az-ın məlumatına görə, Y.Kərimov bu gün 94 yaşında dünyasını dəyişib.

Məhrum doğulduğu Qax rayonunun İlisu kəndində dəfn ediləcək.

Qeyd edək ki, Yəhya Kərimov 1927-ci ildə, Qax rayonun İlisu kəndində anadan olub. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olub və oranı bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirib.

Yəhya Kərimov yüzlərcə əsərin,o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri","Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifidir.

1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi,bütün proqramların redaktorudur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir. Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

1970-ci ildən "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktorudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5796
avatar

Mehman Nəbiyev

Oxşar yazılar