Türkiyədə sevgililər intihar edib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Muş rayonu Tan kəndində baş verib. Bir-birini sevən 21 yaşlı Dilan Tuna və 26 yaşlı Yakup Sönmez özlərinə qəsd ediblər.
Məlumata görə, Y. Sönmez həmkəndlisi D. Tunanı sevdiyi üçün ailəsini onlara elçi göndərib. Lakin bir neçə dəfə elçi getsələr də, qızın atası buna razı olmayıb. Nəticədə gənc qız avqustun 10-da, sevgilisi isə 3 gün sonra özlərini öldürüblər.
Sevgililər bir-birilərinin yanında dəfn ediliblər.
Faktla bağlı araşdırma aparılır.