Əl qumbarasını onların üstünə atıb - Zaqataladakı partlayışın TƏFƏRRÜATLARI
02 oktyabr 2023 17:30 (UTC +04:00)

Əl qumbarasını onların üstünə atıb - Zaqataladakı partlayışın TƏFƏRRÜATLARI

Zaqatalada baş verən partlayışın təfərrüatları məlum olub. 

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentyabrın 30-da Zaqatala rayonunun Yengiyan kəndində baş vermiş partlayış nəticəsində 1 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun qeyd edilən tarixdə Məqsəd Rzayev və İlqar Cumayevlə aralarında yaranmış mübahisə zamanı üzərindəki əl qumbarasını atması nəticəsində baş verən partlayışla əlaqədar aldığı xəsarətlərdən ölməsi, Məqsəd Rzayevin isə növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, (qəsdən adam öldürmə) 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı və partlayıcı maddələri saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

# 10938
avatar

Oxşar yazılar

Bakıda  narkotik çəkib   qadına qarşı soyğunçuluq etdi

Bakıda narkotik çəkib qadına qarşı soyğunçuluq etdi

8 dekabr 2023 , 19:34
Pərvin Abıyevanın Azərbaycandan çıxışına QADAĞA

Pərvin Abıyevanın Azərbaycandan çıxışına QADAĞA

8 dekabr 2023 , 18:00
Zaqatala xəstəxanasında KORRUPSİYA:  cinayət işi açıldı

Zaqatala xəstəxanasında KORRUPSİYA: cinayət işi açıldı

8 dekabr 2023 , 17:49
Cəsarət Valehov işdən çıxarıldı

Cəsarət Valehov işdən çıxarıldı

8 dekabr 2023 , 17:40
Şuşaya prokuror təyin olundu

Şuşaya prokuror təyin olundu

8 dekabr 2023 , 17:22
3 qız dostunu tualetdə döydü - VİDEO

3 qız dostunu tualetdə döydü - VİDEO

8 dekabr 2023 , 17:18
Bakı həbsxanasında məhkum öldü

Bakı həbsxanasında məhkum öldü

8 dekabr 2023 , 16:05
Aktrisaya qarşı 20 milyonluq  DƏLƏDUZLUQ

Aktrisaya qarşı 20 milyonluq DƏLƏDUZLUQ

8 dekabr 2023 , 15:54