Əl-qolu bağlanılaraq yandırılan  cinsi azlıq nümayəndəsi   olub -  VİDEO
25 avqust 2021 10:47 (UTC +04:00)

Əl-qolu bağlanılaraq yandırılan cinsi azlıq nümayəndəsi olub - VİDEO

"Avqustun 22-də Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində üzərində xəsarətlər olan meyit tapılıb".

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. O bildirib ki, hadisə ilə bağlı dərhal cinayət işi başlanılıb:

"Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, öldürülən şəxs Ağdam rayon sakini, 27 yaşlı Əhəd Nuriyevdir". 

Xatırladaq ki, hadisə barədə ilk məlumatı və eksklüziv görüntüləri Lent.az saytı yayıb. Görüntülərdən də bəlli olduğu kimi, yandırılan şəxs qadın libasında olub. Bu səbəbdən də onun meyitini aşkarlayan şəxslər onu qadın hesab ediblər. Ancaq yandırılan şəxs cinsi azlıq nümayəndəsi olub.

Hadisə yerindən eksklüziv görüntüləri bir daha təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5904
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar