Dünyada selfi çəkərkən  ölənlərin sayı   400-ə çatır
29 aprel 2024 11:11 (UTC +04:00)

Dünyada selfi çəkərkən ölənlərin sayı 400-ə çatır

2014-2023-cü illər arasında 49 ölkədə 399 nəfər selfi çəkdirmək istəyərkən həlak olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, son on ildə selfilər müasir mədəniyyətin ayrılmaz hissəsinə çevrilib, lakin bu populyar tendensiyanın arxasında çox vaxt ciddi və faciəvi nəticələrə səbəb ola biləcək risklər dayanır.

Bunu “BILD”in köşə yazarı Koley Qertnerin təqdim etdiyi məlumatlar sübut edir.

Qertnerin təqdim etdiyi statistikadan belə nəticə çıxır ki, Rusiya selfilərdən ölənlərin sayına görə ölkələr arasında üçüncü yerdədir.

2014-2023-cü illər arasında 49 ölkədə 399 nəfər öz şəklini çəkməyə çalışarkən həyatını itirib. Ölənlərin sayına görə Hindistan lider olub, 190 nəfər selfi çəkərkən həlak olub. ABŞ və Rusiyada bu rəqəm müvafiq olaraq 29 və 18 nəfər olub.

Selfi ilə bağlı ən fəlakətli hadisə 2022-ci ilin iyul ayında Hindistanda Amber Fort qülləsində qeydə alınıb. Burada şəkil çəkən bir qrup insanı ildırım vurması 11 nəfərin ölümünə səbəb olub. Bu hadisə mükəmməl foto axtarışının faciə ilə bitdiyini göstərən çoxsaylı nümunələrdən yalnız biridir.

Selfi çəkərkən ölən insanların hekayələri başqa ölkələrdən də məlumdur. Məsələn, Almaniyada selfi çəkmək üçün təhlükəli yerlərdən biri 2019-cu ildə iki turistin öldüyü Bavariyadakı Kyöniqsbah şəlaləsidir. Çinli qadın Sofiya Çunq isə 2021-ci ildə Honq-Konq yaxınlığındakı şəlalənin kənarında şəkil çəkdirərkən dünyasını dəyişib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2622
avatar

Oxşar yazılar