Dünən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib
21 iyun 2021 11:53 (UTC +04:00)

Dünən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib

“112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Fövqəladə Hallar Nazirliyin aidiyyəti qurumları iyunun 20-də 100 yanğına çıxış və 15 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirib.

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 17 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub.

 

# 750
avatar

Oxşar yazılar