Dünən 64 kiloya  yaxın narkotik ələ keçirilib
17 mart 2023 10:00 (UTC +04:00)

Dünən 64 kiloya yaxın narkotik ələ keçirilib

0

Polis əməkdaşlarının martın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 63,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24,1 kiloqramdan artıq heroin, 24,5 kiloqrama yaxın marixuana, 7 kiloqrama yaxın tiryək, 8,2 kiloqramdan çox metamfetamin və 18 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1647

Oxşar yazılar