Şuşada əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şuşada rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumlarının əməkdaşları birgə növbəti tədbirlər keçiriblər. Bu zaman şəhər ərazisindən 1 pulemyot, 1 avtomat, 3 əl qumbarası, 1 qumbaraatan mərmisi, 691 ədəd 7.62 kalibrli patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.