Dövlət Sərhəd Xidməti Akademiyasının binasında baş vermiş yanğında 14 nəfər tüstündən zəhərlənib.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.
Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.