DSX mayorunu döyən idmançılar HAKİM QARŞISINDA:  Üçü həbs edildi - YENİLƏNİB
07 yanvar 2025 14:00 (UTC +04:00)

DSX mayorunu döyən idmançılar HAKİM QARŞISINDA: Üçü həbs edildi - YENİLƏNİB

DSX mayorunu döyən idmançılardan daha biri barəsində həbs qərarı verilib.

Lent.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda Musa Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

saat 13:48

DSX mayorunu döyən idmançılardan daha biri barəsində həbs qərarı verilib.

Lent.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda Elnur Həmidov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

saat 13:22

DSX mayorunu döyən idmançılardan biri barəsində həbs qərarı verilib.

Lent.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda Elçin Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda məhkəmə digər idmançılarla bağlı istintaq orqanının verdiyi təqdimata baxır.

***

saat 12:40

DSX mayorunu döyən idmançılar məhkəmə qarşısına çıxarılıb. 

Lent.az xəbər verir  ki, bir neçə gün əvvəl Bakıda kütləvi davaya görə saxlanılan tanınmış idmançılar bu gün məhkəmə qarşısına çıxarılıb. 

Xətai rayon məhkəməsi həmin idmançıların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının verdiyi təqdimata baxır. 

Saxlanılan idmançılar - Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq - bir qrup şəxs tərəfindən və ya təkrarən törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

Belə ki, bir qrup idmançıə DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edərək onu döyüblər. 

Hadisə ilə bağlı idmançılar - Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov saxlanılıblar.

Döyülən DSX mayoru

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7384

Oxşar yazılar

"Toplum TV" işi üzrə onlara ittiham elan edildi

"Toplum TV" işi üzrə onlara ittiham elan edildi

2 iyun 2025 , 13:52
Əlil qadını öldürən taksi sürücüsü   saxlanıldı -YENİLƏNİB

Əlil qadını öldürən taksi sürücüsü saxlanıldı -YENİLƏNİB

2 iyun 2025 , 12:47
Xaçmazda AĞIR QƏZA:  yaralılar var

Xaçmazda AĞIR QƏZA: yaralılar var

2 iyun 2025 , 12:09
Sabunçuda həyətdə meyit tapıldı

Sabunçuda həyətdə meyit tapıldı

2 iyun 2025 , 11:38
Bakıda həbsxananın damı çökdü, məhkum öldü  -YENİLƏNİB

Bakıda həbsxananın damı çökdü, məhkum öldü -YENİLƏNİB

2 iyun 2025 , 11:27
Bakıda evdə meyit tapıldı

Bakıda evdə meyit tapıldı

2 iyun 2025 , 10:42
Qubada BƏDBƏXT HADİSƏ:  1 nəfər kanalda batdı

Qubada BƏDBƏXT HADİSƏ: 1 nəfər kanalda batdı

2 iyun 2025 , 10:35
Azərbaycanda FACİƏ:  16 yaşlı oğlan kanalda boğulub öldü

Azərbaycanda FACİƏ: 16 yaşlı oğlan kanalda boğulub öldü

2 iyun 2025 , 10:14