DSX mayorunu döyən idmançılardan daha biri barəsində həbs qərarı verilib.
Lent.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda Musa Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
saat 13:48
DSX mayorunu döyən idmançılardan daha biri barəsində həbs qərarı verilib.
Lent.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda Elnur Həmidov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
saat 13:22
DSX mayorunu döyən idmançılardan biri barəsində həbs qərarı verilib.
Lent.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda Elçin Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda məhkəmə digər idmançılarla bağlı istintaq orqanının verdiyi təqdimata baxır.
***
saat 12:40
DSX mayorunu döyən idmançılar məhkəmə qarşısına çıxarılıb.
Lent.az xəbər verir ki, bir neçə gün əvvəl Bakıda kütləvi davaya görə saxlanılan tanınmış idmançılar bu gün məhkəmə qarşısına çıxarılıb.
Xətai rayon məhkəməsi həmin idmançıların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının verdiyi təqdimata baxır.
Saxlanılan idmançılar - Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq - bir qrup şəxs tərəfindən və ya təkrarən törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
Belə ki, bir qrup idmançıə DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edərək onu döyüblər.
Hadisə ilə bağlı idmançılar - Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov saxlanılıblar.
Döyülən DSX mayoru