Türkiyədə məktəbli qızların əlbəyaxa davası sosial medianı ayağa qaldırıb.
Lent.az xəbər verir ki, İstanbul şəhərinin Avcılar məhəlləsindəki İspartakule Anadolu liseyinin 4 qız şagirdi bir qızı döyüb.
Məlum olub ki, liseyin qarşısında toplaşan 4 nəfər yeniyetmənin və döyülən qızın videosu bu ilin fevral ayında çəkilib. Lakin video bu yaxınlarda yayılıb və gündəm olub.
Yeniyetmə qıza zorakılıq edən qızlar barəsində intizam cəzası aldıqları və təhsilə davam etdikləri bildirilir.