Dönərxanada yanğın baş verdi
26 sentyabr 2021 10:40 (UTC +04:00)

Dönərxanada yanğın baş verdi

0

Sumqayıt şəhərində, avtomobil bazarının ərazisində ümumi sahəsi 30 m² olan köşkün (dönərxana, su satışı və s) yanar konstruksiyaları və içərisində 4 ədəd soyuducu yanıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı köşkün içərisində olan 6 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1515

Oxşar yazılar