Şohnur Okkuziev, döyülən müəllim
15 aprel 2021 11:47 (UTC +04:00)

Şohnur Okkuziev, döyülən müəllim

Direktorun müavininin oğluna “2” yazan müəllim döyüldü

Özbəkistanda müəllim Şohnur Okkuzievin döyülməsi faktı üzrə xilaqanlıq maddəsi ilə cinayət işi qaldırılıb.
 
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hücum onun 6-cı sinif şagirdlərə “2” yazmasından sonra edilib.

Hadisə aprelin 6-da saat 12:30-da 134 saylı ümumtəhsil məktəbinin ərazisində baş verib. Okkuzievin “2” yazdığı şagirdlər arasında həmin məktəbin mənəvi-maarifləndirmə işi üzrə direktor müavini Abdunosir Haşimovun oğlu da olub.

Müəllimin sözlərinə görə, dərsdən sonra “2” alan 6-cı sinif şagirdi böyük qardaşının onunla danışmaq istədiyini deyib.

“Mən yaxınlaşanda orada 3 nəfər idilər. Onlar mənə cdedilər: “Siz həmin namərdsiniz?” Birdən üstümə gəlib döyməyə başladılar. Vurulan zərbələrdən huşumu itirdim”, - müəllim söyləyib.

Şagirdin atası Abdunosir Haşimov baş verənləri inkar etmir, ancaq müəllimin oğluna “sillə vurduğunu” iddia edir. Guya buna görə də o, böyük qardaşına şikayət edib.

Okkuziev xəstəxanaya yerləşdirilib. O, hələ də Kaşkadərya regional çoxsahəli Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsindədir. Müəllimə hücum edənlər məktəbin məzunlarıdır.
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2160
avatar

Oxşar yazılar