İtlər qıza hücum etdiyi üçün deputat saxlanıldı
04 dekabr 2025 12:00 (UTC +04:00)

İtlər qıza hücum etdiyi üçün deputat saxlanıldı

0

Tatarıstanda kənd bələdiyyə deputatı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Buna sahibsiz itlər sürüsünün uşağa hücum etməsi ilə bağlı insident səbəb olub.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Zelenodol rayonunun Vasilyevo qəsəbəsində baş verib. İtlər 9 yaşlı qıza hücum ediblər. Respublika üzrə Rusiya İstintaq Komitəsi bu hadisə ilə məmurun fəaliyyəti arasında əlaqə müəyyən edib.

İstintaqın məlumatına görə, şübhəli şəxs daha əvvəl bələdiyyənin kommunal təsərrüfat idarəsinin rəhbəri vəzifəsində olarkən, 2025-ci ilin yanvarında sahibsiz heyvanların tutulması üçün 5,3 milyon rubl məbləğində müqavilə bağlayıb. Müqavilə isə öhdəlikləri yerinə yetirməyə qadir olmayan bir xeyriyyə fondu ilə imzalanıb. Sonradan o, işlərin icrasına lazımi nəzarəti təmin etməyib və heyvanların tutulması ilə bağlı müraciətlərin vaxtında verilməsini təşkil etməyib.

Hüquq-mühafizə orqanlarının versiyasına görə, bu səhlənkarlıq nəzarətsiz it sürüsünün yaranmasına və uşağa hücuma gətirib çıxarıb. Şübhəliyə rəsmi ittiham irəli sürüləcək, istintaq isə barəsində qətimkan tədbirinin seçilməsini tələb etməyi planlaşdırır. Araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar