Bakıda iki nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində iki nəfərin boğulması barədə məlumat daxil olub.
Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.
Hazırda axtarışlar davam etdirilir.