Dəhşətli yol qəzası
25 noyabr 2021 22:01 (UTC +04:00)

Dəhşətli yol qəzası

Dəhşətli yol qəzası – 1 ÖLÜ, 3 YARALI

0

Bərdədə 1 nəfərin ölümünə, 3 nəfərin xəsarət almağına səbəb olan zəncirvari qəza hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun Bərdə rayonun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan "Mercedes-Benz", "Vaz- 21015" və "Volkswagen" markalı minik avtomobillərinin toqquşması nəticəsində, Rəhimov Elvin Mübariz oğlu həyatını itirib.  Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğlu müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3314

Oxşar yazılar