Daxili İşlər Nazirliyi və prokurorluğun  yüksək vəzifəli əməkdaşları   saxlanıldı
29 yanvar 2025 22:32 (UTC +04:00)

Daxili İşlər Nazirliyi və prokurorluğun yüksək vəzifəli əməkdaşları saxlanıldı

Rüşvət almaqda şübhəli bilinərək saxlanılan “Fonbet” bukmeker şirkətinin baş direktoru Sergey Anoxinlə əlaqəli ünvanlarda axtarışlar aparılıb. Nəticədə külli miqdarda pul aşkar edilib.

Məsələ ilə bağlı Rusiya güc strukturlarının yüksək vəzifəli şəxsləri saxlanılıb.

Anoxin işi çərçivəsində təhlükəsizlik qüvvələri 6 nəfəri saxlayıb, onlardan ikisinin yüksək rütbəli güc strukturu əməkdaşı olduğu üzə çıxıb. Onlar digər müttəhimlərlə birlikdə 50 milyon rubl (500 min dollardan çox) məbləğində rüşvət verməkdə şərik olmaqda şübhəli bilinirlər.

Saxlanılanlardan biri, ilkin məlumata görə, Şərq İnzibati Dairəsi Daxili İşlər İdarəsinin rəis müavini Sergey Bivol, ikincisi isə Moskvanın Preobrajenski Rayon Prokurorluğunun yüksək rütbəli əməkdaşıdır. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları “Fonbet”in rəhbəri ilə əlaqəli ünvanlarda aparılan axtarışlar zamanı külli miqdarda pul – iki milyon dollar aşkar ediblər.
Anoxinin həbsi yanvarın 29-da məlum olub. Onun hüquq-mühafizə orqanının işçisinə 50 milyon rubl (500 min dollardan çox) rüşvət verdiyi ehtimal edilir. Əldə olan məlumata görə, sonuncu da saxlanılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3692

Oxşar yazılar

Abşeronda məktəblilər arasında  DAVA: yaralanan var

Abşeronda məktəblilər arasında DAVA: yaralanan var

2 iyun 2025 , 23:31
Sumqayıtda 3 maşın TOQQUŞDU:  yaralılar var

Sumqayıtda 3 maşın TOQQUŞDU: yaralılar var

2 iyun 2025 , 23:02
Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

2 iyun 2025 , 22:43
Goranboyda "BMW"  alışıb yandı

Goranboyda "BMW" alışıb yandı

2 iyun 2025 , 20:28
Dəhşətli cinayət:  İtləri zorlayan kişilər  tutuldu

Dəhşətli cinayət: İtləri zorlayan kişilər tutuldu

2 iyun 2025 , 19:33
Astarada tələbə dənizdə boğuldu  -YENİLƏNİB

Astarada tələbə dənizdə boğuldu -YENİLƏNİB

2 iyun 2025 , 19:18
Sumqayıtda FACİƏ:  Kişi qonaq getdiyi qadının evində öldü

Sumqayıtda FACİƏ: Kişi qonaq getdiyi qadının evində öldü

2 iyun 2025 , 18:54
Oyuncaq silahla insanları qorxudan sürücü  tutuldu - VİDEO

Oyuncaq silahla insanları qorxudan sürücü tutuldu - VİDEO

2 iyun 2025 , 17:32