Şəhid hərbçi Ələkbər Musayevin dəfn mərasimindən görüntü
27 aprel 2021 18:44 (UTC +04:00)

Şəhid hərbçi Ələkbər Musayevin dəfn mərasimindən görüntü

Daha bir şəhid hərbçi dəfn olundu

Vətən müharibəsində şəhid olmuş hərbçi Ələkbər Əlövsət oğlu Musayev dəfn olunub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ə. Musayev doğulduğu Cəlilabad rayonunun Mollalı kəndində bu gün torpağa tapşırılıb. 

Qeyd edək ki, Ələkbər Musayev 1999-cu il iyunun 16-da anadan olub.

O, Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində itkin düşmüşdü. Hərbçimizin şəhid olduğu bu gün məlum olub.

# 2379
avatar

Oxşar yazılar