Moskvanın Basman məhkəməsi Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı cinayət işi üzrə təqsirləndirilən Eldar Nəsrullayevi həbs edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, istintaqın tələbi ilə oktyabrın 14-dək istintaq təcridxanasına göndərilib.
Rusiya İstintaq Komitəsi (TFR) onu təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərməkdə ittiham edib.
Nəsrullayev qanunsuz olaraq 100 ton partlayıcı selitranın saxlandığı otağı icarəyə götürüb. Maddə təmir işləri apararkən alışıb və partlayıb. Mahaçqala avtoservisinin sahibi Yusup X. yaralı halda Dağıstandan gətirildiyi Moskva xəstəxanalarından birindədir. Müstəntiqlər onu da dindirmək istəyirlər.
Qeyd edək ki, avqustun 14-də axşam saatlarında Mahaçqalanın kənarında avtomobil servisində partlayış baş verib. Daha sonra yanğın yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib. Gücü baxımından 35 ton trotillə qiymətləndirilən partlayış nəticəsində 115 nəfər xəsarət alıb, onlardan 62-si stasionar müalicə alır.