“Crocus”  terrorçularını   ömürlük həbs gözləyir: Onlar haqqında  nə məlumdur?
25 mart 2024 17:02 (UTC +04:00)

“Crocus” terrorçularını ömürlük həbs gözləyir: Onlar haqqında nə məlumdur?

Moskvanın Basmannı rayon məhkəməsi “Crocus City Hall”a hücumla bağlı istintaqın dörd müttəhimin hamısının həbsdə saxlanması tələbini təmin edib.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, hər dörd şübhəli barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçilib.

“Crocus” konsert zalında terror aktını törətməkdə təqsirləndirilən 4 nəfərin hər biri ayrı-ayrılıqda Moskva məhkəməsinə çıxarılıb. Onlar Rusiya Cinayət Məcəlləsinin ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan 205-ci maddəsinin 3-cü hissəsinin "b" bəndində (terror aktı) nəzərdə tutulmuş cinayət törətməkdə ittiham olunurlar. Üç nəfər bütün ittihamlar üzrə özünü təqsirli bilib.

“Crocus”da terror - şübhəlilər haqqında nə məlumdur?

Dalerjon Mirzoev: Tacikistandan olan 32 yaşlı şübhəli üç ay ərzində Rusiyanın Novosibirsk şəhərində müvəqqəti qeydiyyatda olub. Qeydiyyat müddəti başa çatıb.

Saydakrami Raçabalizoda: Məhkəməyə deyib ki, onun Rusiya qeydiyyatı sənədləri var, amma harada olduğunu xatırlamır. O, tərcüməçi vasitəsilə izahat verib. Raçabalizoda 1994-cü ildə anadan olub.

Şamsidin Fariduni: 1998-ci ildə Tacikistanda anadan olub və bu ölkənin vətəndaşıdır. Fəriduni rəsmi olaraq Rusiyanın Podolsk şəhərindəki zavodda işləyib və Krasnoqorsk şəhərində qeydiyyatda olub.

Məhəmmədsober Faizov: Məhkəməyə əlil arabasında gətirilib, onu həkim müşayiət edib. Faizov müvəqqəti işsiz olub, bundan əvvəl isə qeydiyyatda olduğu İvanovoda bərbərxanada işləyib. Onun 2004-cü il təvəllüdlü olduğu bildirilir.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva vilayətində irimiqyaslı terror aktı baş verib. “Crocus City Hall”da “Piknik” qrupunun konsertinə gələnlərə kamuflyaj geyinmiş bir neçə şəxs avtomatlardan atəş açıb. Rusiya mətbuatının məlumatına görə, bunun nəticəsində 140-dan çox insan ölüb, 290-a yaxın insan xəsarət alıb, onlardan 180-dən çoxu xəstəxanaya yerləşdirilib.

Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
 

# 4257
avatar

Oxşar yazılar

Baş Prokurorluqdan ƏMƏLİYYAT:  saxlanılanlar var

Baş Prokurorluqdan ƏMƏLİYYAT: saxlanılanlar var

30 aprel 2024 , 13:47
Azərbaycanlı sürücü TIR-la qəza törətdi

Azərbaycanlı sürücü TIR-la qəza törətdi

30 aprel 2024 , 12:20
Bakıda mağazadan 700 manatlıq ət  oğurlandı

Bakıda mağazadan 700 manatlıq ət oğurlandı

30 aprel 2024 , 11:47
Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU  - YENİLƏNİB

Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU - YENİLƏNİB

30 aprel 2024 , 11:31
Qız oğurladığı telefonu itirdi

Qız oğurladığı telefonu itirdi

30 aprel 2024 , 11:14
Narkotik satan azərbaycanlılar tutuldu

Narkotik satan azərbaycanlılar tutuldu

30 aprel 2024 , 10:52
Keçmiş daxili işlər naziri saxlanıldı

Keçmiş daxili işlər naziri saxlanıldı

30 aprel 2024 , 10:08
Bakıda 2-ci İNTİHAR:  qadın özünü binadan atdı

Bakıda 2-ci İNTİHAR: qadın özünü binadan atdı

30 aprel 2024 , 09:46