Çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı blogger  Rusiya vətəndaşlığından məhrum edildi
14 iyul 2025 15:47 (UTC +04:00)

Çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı blogger Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya vətəndaşlığından məhrum olunan Subo kimi tanınan blogger Sübxan Məmmədov cinayət işində təqsirləndirilən şəxsə çevrilib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə idarəsi özünün Telegram kanalında məlumat yayıb.

İstintaqın məlumatına görə, blogger çirkli pulların yuyulmasında və vergidən yayınmada ittiham olunur. Onun qardaşı və atası da cinayətdə ittiham olunublar. Məmmədov hökumətə və hüquq-mühafizə orqanlarına mənfi münasibət yaratmaq məqsədi daşıyan müxtəlif zibil məzmunları yaratmaqla məşhurlaşıb.

İstintaq müəyyən edib ki, blogger Rusiya vətəndaşlığı üçün müraciət edərkən yalan məlumat verib. Onun hələ də Azərbaycan vətəndaşlığını saxladığı məlumdur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar