77 yaşlı qadın udmaq ümidi  ilə 1400 lotereya  bileti oğurladı
11 dekabr 2025 16:10 (UTC +04:00)

77 yaşlı qadın udmaq ümidi ilə 1400 lotereya bileti oğurladı

0

Rusiyanın Omsk şəhərində 77 yaşlı köşk işçisinə böyük məbləğdə oğurluqla bağlı cinayət işi açılıb. Qadın il yarım ərzində ümumi dəyəri 336 min rubl olan (təxminən 7278 manat) lotereya biletlərini oğurlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, oğurlanmış biletlərin ümumi sayı 1400 ədəd olub. Onların hər birinin qiyməti 30 rubldan 1000 rubla qədər dəyişib. Qadın biletləri oğurladıqdan sonra qoruyucu örtüyü silib və nəticəni yoxlayıb.

Oğurluq faktı sahibkar tərəfindən aşkar edilib. Oğurluqda yaxalanan yaşlı qadın vurulan ziyanı ödəyəcəyini vəd edib, işdən çıxıb və daha sonra əlaqəni tamamilə kəsib. Bundan sonra zərərçəkən hüquq-mühafizə orqanlarına müraciət edib.

Şübhəli qadının izahına görə, o, oğurladığı biletləri mütəmadi olaraq yoxlayıb və nadir hallarda qazandığı məbləğlərlə yenilərini alıb. Yalnız bir dəfə uduş məbləği 2000 rubldan çox olub. Qadın böyük uduş qazanacağına ümid edirmiş.

Faktla bağlı araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar