Ərini qətlə yetirən  qadın: “Təqsirli deyiləm”
11 dekabr 2025 14:39 (UTC +04:00)

Ərini qətlə yetirən qadın: “Təqsirli deyiləm”

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, müdafiə vəkili vəsatət qaldıraraq, təqsirləndirilən şəxsin azyaşlı övladının olduğunu nəzərə alınaraq məhkəmədə kənar şəxslərin olmamasını istəyib.

Məhkəmə bu vəsatəti təmin etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən N.Quliyeva ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmədiyini deyib.

Növbəti proses 8 yanvar  saat 10:00-a təyin olunub.

Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N. Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar