Bakıda ölümlə nəticələnən daha bir yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib. Əmənov Alqış Vaqif oğlunun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücünün anası 61 yaşlı Vəliyeva Mələk Gülhəsən qızı aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər sərnişini olan xalası 64 yaşlı Süleymanova Mərifət Gülhəsən qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.