Dövlətini sərhədini pozanlar saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 22-də saat 6:30-da “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin Azərbaycandan Rusiyaya doğru hərəkət etməsi və özlərini şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılaraq, ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd pozucusu qismində saxlanılıblar. Araşdırma zamanı onların Azərbaycan vətəndaşı, Ağdaş rayon sakinləri 36 yaşlı Həsənov Elşad Elxan oğlu, 36 yaşlı Cahangirov Əkbər Vüqar oğlu və 35 yaşlı İsayev Xəyyam İntiqam oğlu olması müəyyənləşdirilib.
Digər pozuntu isə avqustun 22-də saat 15:00-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Züngüləş kəndi yaxınlığında qeydə alınıb. Buradakı sərhəd zastavasının xidməti ərazisində yerləşən meşə massivində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd edərkən Goranboy rayon sakini 29 yaşlı Əliyev Elvin Əvəz oğlu sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı E.Əliyevin əvvəllərdə dəfələrlə məhkum edildiyi və bir necə gün öncə Bakı şəhərində törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə qanunsuz yolla İran İslam Respublikasına keçməyə cəhd etməsi müəyyənləşdirilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Saxlanılan şəxs