Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "Yevlax", "Şüvəlan", "Goradil" və "Xaçmaz" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 7 nəfər batma təhlükəsi ilə üzləşib.
FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas olunub.