Cəlilabadda yaşayış evi tamamilə yandı
22 sentyabr 2021 22:00 (UTC +04:00)

Cəlilabadda yaşayış evi tamamilə yandı

0

Cəlilabadda yaşayış evi tamamilə yanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Çünəxanlı kəndində Akif Yavər oğlu Ağayevə məxsus ev yanıb. Küləkli hava şəraiti yanğını daha da alovlandıraraq, 144 kv/m olan kürsülü birmərtəbəli evin (çiy kərpic və taxta konstruksiyalardan ibarət) əşyaları ilə birlikdə yanmasına səbəb olub.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və 3 texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb və söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1282

Oxşar yazılar