TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında həkimin xəstəni döyməsinə münasibət bildirib.
TƏBIB-dən Lent.az-a bildirilib ki, dekabrın 22-də saat 19:30 radələrində vətəndaş F.İmanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanova qarşı fiziki zorakılıq etməyə cəhd göstərib.
Həkim hadisədən uzaqlaşmağa çalışsa da, müqavimətlə üzləşib.
"Hazırda hadisənin detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək", - qeyd edilib.
***
27 dekabr, saat 20:40
Cəlilabadda həkim xəstəni döyüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayon mərkəzi Xəstəxanasında baş verib.
Rayonun Uzuntəpə kənd sakini 1966-cı il təvəllüdlü Füzuli İmanov, 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün xəstəxanaya aparıb.
Nəvələrdən birinin səhhəti ağırlaşıdğını görən baba, Davud adlı həkimdən kömək istəyib. Lakin bu zaman o, həkimin müqavimətilə üzələşib. Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan xaric olunduğunu deyir.
Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib. Hadisənin kadrları təhlükəsilik kameralarına da düşüb.
Fakt araşdırılır.