Cəlilabadda ağır qəza: 6 nəfər  yaralandı
01 may 2026 00:53 (UTC +04:00)

Cəlilabadda ağır qəza: 6 nəfər yaralandı

0

Cəlilabad rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Qəza “VAZ” markalı iki avtomobilin  toqquşması nəticəsində baş verib. 

Müxtəlif dərəcəli xəsarətlər alan 6 nəfər  xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, xəsarət alanlar 1998-ci il təvəllüdlü Sərraf Qurbanov, 1995-ci il təvəllüdlü Təvəkkül Məmmədli, 1996-cı il təvəllüdlü Coşqun Rzazadə, 1997-ci il təvəllüdlü Tural Rzayev, 1996-cı il təvəllüdlü Aqşin Rzazadə və adı hələ dəqiqləşməyən bir sərnişindir. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar