Çayda batan uşağın meyiti tapıldı
14 aprel 2021 10:22 (UTC +04:00)

Çayda batan uşağın meyiti tapıldı

Aprelin 9-da Kür çayında batan uşağın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən məlumatda bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Nəticədə 5 yaşlı Hüseynli Hüseyn Şahin oğlunun meyiti aprelin 14-də səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 1 yaşlı Hüseynli Məryəm Şahin qızı və 5 yaşlı Hüseynli Hüseyn Şahin oğlunun batması barədə aprelin 9-da FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Aprelin 10-da Hüseynli Məryəm Şahin qızının meyiti Kür çayında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar