Bulvarda kaktusları kəsən həbs edildi - YENİLƏNİB
13 iyun 2023 13:04 (UTC +04:00)

Bulvarda kaktusları kəsən həbs edildi - YENİLƏNİB

Dənizkənarı Bulvarda kaktusları kəsib yandıran həbs edilib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, məhkəmə qərarı ilə 20 yaşlı V.Cəfərli barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

***
Saat: 11:04

Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır. 

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2694
avatar

Oxşar yazılar