Borcunu istədi, bıçaqlandı
12 noyabr 2021 02:20 (UTC +04:00)

Borcunu istədi, bıçaqlandı

0

Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Babək prospektində yaşanıb.

35 yaşlı Əhədov Adil Rasim oğlu tanışına verdiyi borcu istəmək üçün onunla görüşüb. Tanışı ilə mübahisə əlbəyaxa dava ilə bitib. Bu zaman A.Əhədova döş qəfəsi və ayağına üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə “AzərSuTikinti” xəstəxanasına aparılıb. O cərrahi əməliyyat edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2109

Oxşar yazılar