Abşeronda iki gənc qız itkin düşüb.
Lent.az xəbər verir ki, 21 yaşlı Əsədova Jalə Elşən qızı 2021-ci il iyunun 21-də öz doğum günündə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun boyu 165 sm, arıq bədən quruluşludur.
Abşeron rayon Polis İdarəsindən axtarışa verilən digər qadın isə Ağayeva Elvira Mərdan qızıdır. Yeni il gecəsi evdən çıxan E. Ağayeva naməlum istqamətdə gedərək itkin düşüb. Onun boyu 165 sm, kök bədən quruluşludur. Gözlərinin rəngi şabalıdı, saçları qəhvəyi rəngdədir.
Axtarışa verilən şəxsləri görənlərdən Abşeron rayon Polis İdarəsinə və ya Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə məlumat vermələri xahiş olunur.