Bir uşağı əqrəb sancdı, digərini it dişlədi - GORANBOYDA
21 iyun 2021 02:34 (UTC +04:00)

Bir uşağı əqrəb sancdı, digərini it dişlədi - GORANBOYDA

Goranboyda bir azyaşlını əqrəb sancıb, digər bir azyaşlı isə öz itlərinin hücumuna məruz qalıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, ilk hadisə zamanı 9 yaşlı rayon sakini İsa Musayevi əqrəb sancıb.

Digəri hadisə isə Goranlı kəndində baş verib. 2013-cü il təvəllüdlü kənd sakini Mərd Qulamovu it dişləyib. Hər iki hadisə zamanı zərərçəkənlərə göstərilən tibbi yardım sayəsində onların vəziyyəti sabitləşib.

# 1233
avatar

Oxşar yazılar