"Bir sual, bir cavab"  - Hansı sürücülər avtoxuliqan hesab olunur?
21 aprel 2021 16:18 (UTC +04:00)

"Bir sual, bir cavab" - Hansı sürücülər avtoxuliqan hesab olunur?

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu avtoxuliqanlığa aid olan əməllərlə bağlıdır.

Avtoxuliqanlıq - nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər hesab edilir.

Avtoxuliqanlıq edən şəxs cərimə və ya həbs edilə bilər.  Bəs görəsən avtoxuliqanlıq nədir? Kimlər avtoxuliqan hesab olunmalıdır? 

Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, avtoxuliqanlığın əsas göstəriciləri aşağıdakılardır:

1. Aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə;

2. Avtomobili və ya motosikli bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə;

3. Avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda.

Hüquqşünasın sözlərinə görə, bunlarla yanaşı bəzi hərəkətlər var ki, onlar avtoxuliqanlıq əməllərinə aid edilməməlidir:

“Əgər sürücü avtomobilini idarə edən yerdə kimsə gəlib onu keçirsə, bu avtoxuliqanlıq hesab olunmamalıdır. Avtoxuliqanlıq üçün gərək yarış keçirəsən. Bundan əlavə, əgər qarşıdan maneə çıxırsa və sən əyləci basaraq təkərlərin izini yolun səthində buraxırsansa, bu da avtoxuliqanlıq əməli hesab edilməməlidir”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3933
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar