Bir gündə dənizdə batan 14 nəfər xilas edildi
16 avqust 2021 13:59 (UTC +04:00)

Bir gündə dənizdə batan 14 nəfər xilas edildi

Ötən sutka ərzində ölümlə üz-üzə qalan 19 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a daxil olan xəbərə əsasən, ötən gün 86 yanğına çıxış və 17 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 19 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında dənizdə qeyri-çimərlik ərazidə batan Əhmədov Nahid Namiq oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Şəmkir rayonunda iki minik avtomobilinin toqquşması faktı üzrə həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı Qasımova Ofeliya Əliş qızının və Tağıyeva Familə Bəhram qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770
avatar

Mehman Nəbiyev

Oxşar yazılar