Tanzaniyada bir ailənin 11 üzvünü ildırım vurub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Tanzaniyanın Maparagwe kəndində 11 nəfərlik ailə açıq havada şənliyə toplaşıb. Sonra tufan başlayıb və ildırım çaxıb.
Hadisə nəticəsində onlardan beşi sağ qalıb, altısını xilas etmək mümkün olmayıb.
Həlak olanlardan ikisi uşaqdır.